“Su ehtiyatlarımız zəngin deyil” - Xidmət rəisi

 “Su ehtiyatlarımız zəngin deyil” -  Xidmət rəisi
  02 Fevral 2021    Oxunub:3579
Yaxın perspektivdə bizim əsas prioritetlərimiz işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsidir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, real vəziyyət geoloji kəşfiyyat işlərində ciddi dəyişikliklərin edilməsinə zəmin yaradıb.

Ə.Əliyevin sözlərinə görə, yeraltı və yerüstü su ehtiyatlarına görə Azərbaycan zəngin ölkələr sırasına aid deyil: “Ona görə də bu sahədə böyük kəşfiyyat işləri aparılır. Ölkədə 11 belə su yataqları var. Həmin yataqlar vasitəsilə ölkənin içməli su ehtiyatı təmin edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Su  





Xəbər lenti