Deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
Minimum pensiya və əmək haqqı nə qədər olacaq? |
Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir.
Bu baxımdan, əmək pensiyası alan vətəndaşlarımızın pensiyası tam məbləğ olaraq indeksasiya faizinə uyğun olaraq artırılır. Məsələn, vətəndaşımızın pensiyası 300 manatdırsa, o zaman həmin pensiyaçının pensiya məbləğinin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq. Pensiya məbləği yüksəldikcə artan məbləğ də çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11.4 faiz artım gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər".
Azvision.az