Baş Prokurorluq `Müsavat`a xəbərdarlıq etdi
Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Xalid Kazımlı Bakı şəhər prokurorluğuna dəvət edilərək “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla rəsmi mənbəyə istinad edilmədən və heç bir real faktlara əsaslanmadan qəsdən və ya bilərəkdən sensasiya naminə yaydıqları informasiyaların prokurorluq orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin üzərinə kölgə salmaq, prokurorluq orqanları əməkdaşları barəsində mənfi ictimai rəy formalaşdırmaqla onların işgüzar və şəxsi nüfuzuna xələl gətirmək məqsədi daşıması nəzərinə çatdırılıb.
Eyni zamanda X.Kazımlıya qeyd edilən qanunun tələblərinə əsasən yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməsi, həmçinin kütləvi informasiya vasitəsinin rəhbərinin yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilib və dərc etdikləri həqiqətə uyğun olmayan informasiya barədə təkzib verilməsi tələb olunub.
AzVision.az