Azərbaycanın xaricə qaz satışı 15,6 faiz artıb

Azərbaycanın xaricə qaz satışı 15,6 faiz artıb
  07 Fevral 2021    Oxunub:2536
Azərbaycan keçən il xaricə təbii qaz satışını 15,6 faiz artırıb.
Azvision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ildə ölkədə 37,1 milyard kubmetr (proqnozdan 1 milyard kubmetr, yəni 2,6 faiz az) qaz hasil edilib. Əvvəlki ilə görə isə 1,5 milyard kubmetr, yəni 4,2 faiz çox qaz hasil olunub.

Qaz həcmlərinin 7,3 milyard kubmetri SOCAR-ın, 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 18,1 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.

İl ərzində xaricə qaz satışı 13,5 milyard kubmetr (proqnozdan 590 milyon kubmetr az) olub. Əvvəlki illə müqayisədə xaricə qaz satışı ümumilikdə 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti