"Brent"in qiyməti 61 dolları keçib

"Brent"in qiyməti 61 dolları keçib
  09 Fevral 2021    Oxunub:1109
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,56% artaraq 1 barelə görə 61,04 dollar təşkil edib. Bu, 2020-ci ilin yanvarın 7-dən bəri ən yüksək göstəricidir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,78% artaraq 58,42 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti