Neft niyə bahalaşdı? - İqtisadçı deputatdan açıqlama

  Neft niyə bahalaşdı?  - İqtisadçı deputatdan açıqlama
  09 Fevral 2021    Oxunub:1915
Neftin bir barreli qlobal pandemiya elan ediləndən sonra ilk dəfə olaraq 60 dollardan baha satılır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, OPEK+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının gözlənildiyindən daha çox hasilat azalmasına getməsi qlobal neft təklifini azaldıb:

"Azərbaycanı ittiham edən dövlətlərin neft hasilatı bizimkindən dəfələrlə çoxdur" - Deputat
"Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub. Digər tərəfdən, vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimumlaşacağı ilə bağlı ümidlər yaradıb. Bu da investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər. ABŞ-dakı sonuncu dəstək paketi ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib".

Deputat bildirib ki, gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır:

"2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

Azvision.az


Teqlər: Neft   Qiymət  





Xəbər lenti