ETSN: Yağış suyundan istifadə olunacaq

 ETSN:  Yağış suyundan istifadə olunacaq
  09 Fevral 2021    Oxunub:2392
Ölkədə yağış sularının idarə olunması aktuallığı ilə seçilir. Hazırda məsələ prioritetdir və bu istiqamətdə işlər gedir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, yağış sularının idarə olunmasında problemlər və çətinliklər “Azərsu” ASC ilə qarşılıqlı müzakirə edilib, fəaliyyətlər müəyyən olunub.

“Şəhərin yeni hazırlanan Baş Planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq. Qanunvericilikdə dəyişiklik olacaq ki, bunu idarə edən qurum müəyyənləşsin. Yağış suları birbaşa dənizə axıdılmayacaq, yığılacaq. Parkların kənarında gələcəkdə istifadə üçün anbarlar ola bilər ki, su orada yığılsın. Bu, təmiz sudan istifadəni azaldacaq”.

Aytən Zəhra
Azvision.az




Teqlər:





Xəbər lenti