"Qeyri-neft sektorundan aksiz daxilolmaları 18 dəfə artıb" - Nazir

"Qeyri-neft sektorundan aksiz daxilolmaları 18 dəfə artıb" -    Nazir
  10 Fevral 2021    Oxunub:2040
Azərbaycanda 2020-ci ildə qeyri-neft sektorundan aksiz daxilolmaları 397,2 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 18 dəfə çox olub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, 2017-ci ildə bu göstərici 22,4 mln. manat olub.

“Aksizli məhsullar sahəsində şəffaflaşma gəlirlərin leqallaşdırılması və daxilolmaların artımı ilə nəticələnir, - M. Cabbarov qeyd edib.

Azvision.az



Teqlər: Aksiz   Vergi  





Xəbər lenti