Rumıniyadan gətirilən qida əlavəsinin satışına icazə verilmədi

Rumıniyadan gətirilən qida əlavəsinin satışına icazə verilmədi
  10 Fevral 2021    Oxunub:2301
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Rumıniyadan Azərbaycan Respublikasına “Jala Pharma” MMC tərəfindən idxal edilən 1000 ədəd 76 kq-lıq BİO SELEN ZN 30 CPS əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalların (qurğuşun (Pb), kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlak üçün yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı müvafiq qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti