“Kapital Bank” “Qarabağ Dirçəliş Fondu”na yarım milyon manat köçürdü

“Kapital Bank” “Qarabağ Dirçəliş Fondu”na yarım milyon manat köçürdü
  12 Fevral 2021    Oxunub:1508
“Kapital Bank” ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədilə yaradılan “Qarabağ Dirçəliş Fondu”na vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Ölkə prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu”nun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi "Kapital Bank" da müəyyən məbləği, qeyd olunan hesaba köçürüb. Həmçinin "PAŞA Holdinq"in şirkətləri bu fonda ümumilikdə 2 milyon manat vəsait ianə edib.

Qeyd edək ki, ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi işğaldan azad olunan ərazilərinin bərpası və inkişafına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsidir. Tərəfdaşlığının inkişafının təmin edilməsi və zəruri təşviqat işlərinin həyata keçirilməsi də fondun fəaliyyətinə daxildir.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: Kapital-bank  





Xəbər lenti