Ötən il sahibkarlara 358 milyon manat yardım edilib

  Ötən il sahibkarlara 358 milyon manat yardım edilib
  12 Fevral 2021    Oxunub:2459
2020-ci ildə pandemiyanın iqtisadi təsirlərini azaltmaq üçün dövlət tərəfindən 358 milyon manat birdəfəlik maliyyə dəstəyi sahibkarların bank hesablarına köçülüb. Bunlardan 246 milyon manatı sahibkarların muzdlu işçilərinin əmək haqlarının ödənməsi üçün, 112 milyon manatı fərdi sahibkarlara verilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Vergi Xidməti rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il bağlanan əmək müqavilələrinin sayı pandemiyadan əvvəlki 1 mart 2020-ci ilə nisbətən əhəmiyyətli şəkildə artıb: "Bunun səbəblərindən biri dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi ilə işçilərin ixisarına gedilməməsi idi. 2020-ci ildə sahibkarlıq subyektləri üçün müvəqqəti vergi güzəştləri tətbiq edildi. Bu dövrdə sahibkarlara 115 milyon manat vergi güzəştləri tətbiq edilib”.

O.Nəzərli qeyd edib ki, 2020-ci ilin may-dekabr aylarında istehlakçılara 33,4 milyon manat ƏDV vəsaiti qaytarılıb. “Bu dövrdə ticarət və ictimai-iaşə obyektlərində 23 milyon e-kassa aparataları quraşdırılıb. Bu kassa aparatlarının bütün obyektlərdə quraşdırılmasının təmin edilməsi 2023-cü ilə qədər nəzərdə tutulur. Edvgerial.az portalında qeydə alınan kassa çeklərinin sayı 80 milyondan çox olub”.

Azvision.az


Teqlər: Sahibkar   Yardım  





Xəbər lenti