İqtisadi Şura haqqında əsasnamə təsdiqləndi

   İqtisadi Şura haqqında əsasnamə təsdiqləndi
  12 Fevral 2021    Oxunub:1584
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə ” təsdiq edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin fərmanla “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1375) ləğv edilib.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti