46 müəssisədə nöqsanlar aşkar edildi

46 müəssisədə nöqsanlar aşkar edildi
  13 Fevral 2021    Oxunub:2676
Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 12-də ölkə üzrə 550 ictimai iaşə obyektində 850 monitorinq keçirilib.

Monitorinqlər zamanı 46 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti