Kürün üzərində yeni körpü tikilib - VİDEO

Kürün üzərində yeni körpü tikilib -    VİDEO
  15 Fevral 2021    Oxunub:1525
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumatda deyilir ki, körpü 4 aşırımlı olmaqla uzunluğu 175,4 metrdir. Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.




Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib. Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir.

Azvision.az



Teqlər: Kür   Körpü  





Xəbər lenti