İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu

 İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu
  15 Fevral 2021    Oxunub:2380
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.
Azvision.az xəbər verir ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 100 kilometrdir. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Horadiz-Ağbənd dəmir yolunun strateji əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd edib ki, bu yol azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti