Haqsız rəqabətə görə 14 minlik sanskiya tətbiq edilib

Haqsız rəqabətə görə 14 minlik sanskiya tətbiq edilib
  17 Fevral 2021    Oxunub:2933
Ötən il antiinhisar sahəsində hökmran mövqedən istifadə etməklə bazarlarda rəqabətin məhdudlaşdırılması üzrə 21, təbii inhisar subyektlərinin göstərdiyi xidmətlər üzrə 252, bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi üzrə 63, qanunsuz reklam yayımı ilə bağlı 23 müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib.

O bildirib ki, bununla bağlı ötən il 6 işə baxılıb, 5 iş üzrə proses davam edir.

“Antinhisar fəaliyyəti haqqında” qanunun pozulması üzrə 2 işə baxılıb və 27,5 milyona yaxın maliyyə sanskiyası tətbiq edilib. Eyni zamanda ötən il “Haqsız rəqabət haqqında” qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb və 14,2 min manata yaxın maliyyə sanskiyası tətbiq edilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Antiinhisar  





Xəbər lenti