25 aptekdə qiymət artımı aşkarlanıb

25 aptekdə qiymət artımı aşkarlanıb
  17 Fevral 2021    Oxunub:3892
2020-ci ildə dərmanların qiyməti ilə bağlı 30 aptekdə yoxlama aparılıb. 25 aptekdə qanun pozuntuları aşkarlanıb.
Azvision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib.

Onun sözlərinə görə, qanun pozuntuları üzrə faktlar toplanaraq məhkəmələrə göndərilib.

M.Abbasbəyli qeyd edib ki, 4 aptekdə qanun pozuntuları aşkar edilməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərman   Qiymətartımı  





Xəbər lenti