Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin banklardakı əmanətləri artıb
  18 Fevral 2021    Oxunub:1546
Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği dekabr ayı ərzində 269,7 milyon manat artaraq 8 milyard 177,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, əmanətlərin 50,8 faizi xarici, 49,2 faizi isə milli valyutada qoyulub.

Yanvarda ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 2,07 manata, 100 türk lirəsinə 23 manata, 100 rus rubluna 2,29 manata bərabər olub.

Azvision.az


Teqlər: Bank  





Xəbər lenti