Türkiyə-Azərbaycan Sərmayə Fondu yaradılacaq

 Türkiyə-Azərbaycan Sərmayə Fondu yaradılacaq
  19 Fevral 2021    Oxunub:2475
Pandemiyaya baxmayaraq, keçən il Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 5 faiz artaraq 4,6 milyard dollar olub.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

“Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsini 2025-ci ildə 15 milyard dollara çatdırmaqdır. Bu gün keçirilən toplantıda Türkiyə-Azərbaycan Sərmayə Fondunun yaradılması, külək və günəş enerjisi, yataqların birgə işlədilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. 138 qərardan ibarət plan üzərinə razılaşma əldə etdik. Tərcihli ticarət anlaşmasının əhatə dairəsinin genişləndirilməsi barədə razılığa gəldik. Niyyətimiz gələcəkdə sərbəst ticarət sazişinin imzalanmasıdır” - deyə, F.Oktay vurğulayıb.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilib.

Azvision.az


Teqlər: Türkiyə   Fuad-Oktay  





Xəbər lenti