Azər Sarıyev MSK-dan çıxdığını təsdiqlədi
AzVision.az-a bu barədə Azər Sarıyev məlumat verib. O, bildirib ki, fevralın 24-dən AzərTAc-da yeni işinə başlayacaq:
“Mən artıq işdən azad olunma barədə ərizəmi yazdım. Fevralın 24-dən etibarən AzərTAc Dövlət Teleqraf Agentliyində işə başlayıram”,-deyə Azər Sarıyev qeyd edib.
Bildirib ki, AzərTAc-ın Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri işləyəcək.
Qeyd edək ki, Azər Sarıyev 1997-1998-ci illərdə “Avrasiya” qəzetində tərcüməçi işləyib, sonra siyasət müxbiri kimi çalışıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. 1999-2003-cü illərdə “Palitra” qəzetində baş redaktor olub. “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə əməkdaşlıq edib. 2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasının şöbə müdiri vəzifəsində çalışıb.
Sevinc İltifatqızı