Qənirə Paşayevaya fəxri vətəndaşlıq verildi

Qənirə Paşayevaya fəxri vətəndaşlıq verildi
  21 Fevral 2014    Oxunub:1526
Millət vəkili Giresunun fəxri vətəndaşı oldu.
AzVision.az-ın məlumatına görə, Giresun Bələdiyyə sədri Kərim Aksu tərəfindən irəli sürülən və Giresun bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən Qənirə Paşayevaya Türk dünyası üçün və Giresunun tanıdılmasındakı xidmətləri, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Giresun arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Giresunun fəxri vətəndaşlığı haqda sənəd təqdim olunub.

Giresun Bələdiyyə sədri Kərim Aksu Qənirə Paşayevanı bir giresunludan daha çox giresunlu adlandırıb. “Mənim 5 illik Bələdiyyə sədrliyim dövründə Giresun Bələdiyyəsi olaraq 2 nəfəri fəxri vətəndaşlıq adına layiq görmüşük. Ancaq Qənirə Paşayevaya verdiyimiz adın xüsusi yeri var. Çünki Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyi üçün ürəklə çalışır. Eyni zamanda Azərbaycanın bizim qəlbimizdə xüsusi yeri var. O “bir dost ilə sevdim səni” adlandırdığı Giresunu o qədər gözəl şəkildə tanıdıb ki, bəlkə heç bir giresunlu belə edə bilməzdi.

Biz Qənirə Paşayevaya fəxri vətəndaşlıq hüququ verməklə deyə bilərik ki,dünyanın bir çox yerində Giresunu təmsil edən vətəndaşımız var”.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili, onu “Fəxri vətəndaşlıq” adına layiq görən Bələdiyyə sədri Kərim Aksu və bu qərarı dəstəkləyən bələdiyyə üzvlərinə, Giresunu ona tanıdan və sevdirən Giresun Universitetinin rektoru Aygün Attara və onu vətəndaşı kimi qəbul edən giresunlulara təşəkkürünü bildirib. Bu adın onun üçün xüsusi onur olduğunu dilə gətirib. “Giresun mənim içimdədir. Mən bura gələndə gördüm ki,onların hamısı mənim insanımdır. Giresunun fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Giresunda olmaq başqa duyğudur. Mən Giresuna yazımda “bir dost ilə sevdim səni” demişəm. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm. Ona görə də məni bu ada layiq görən hər kəsə o cümlədən Bələdiyyə sədri Kərim Aksuya, Giresun Universitetinin rektoru Aygün Aksuya təşəkkür edirəm”.


Teqlər:





Xəbər lenti