“Pandemiyaya görə xarici turistləri itirdik” - Aparat rəhbəri

“Pandemiyaya görə xarici turistləri itirdik” -  Aparat rəhbəri
  23 Fevral 2021    Oxunub:1813
Koronavirus pandemiyası səbəbindən ölkədə uzun müddət qapalı rejim oldu. Biz xaricdən gələn turistləri itirmişik. İndiki zamanda daxili turizm imkanları yaranıb və yerli turistlər rayonlara istirahət üçün üz tuturlar.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, otellərdə doluluq artıb.

“Qış turizmi ilə bağlı regionlara axında artım var. Buna uyğun bir sıra məhdudiyyətlər tətbiq edildi. Əvvəlcədən rezervasiyalar həyata keçirilənlər qış turizm kompelsklərinə buraxılır. Bu Tufandağ və Şahdağda keçərlidir. Həftəiçi və həftəsonu məhdudiyyətlər fərqlənir. Bütün verilən qərarlar insanların sağlamlığını qorumaq üçündür”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti