Azərbaycanlı iş adamı Maydanda döyülüb

Azərbaycanlı iş adamı Maydanda döyülüb
  21 Fevral 2014    Oxunub:1261
Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb.
AzVision.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən apa-ya verilən məlumata görə, hücuma məruz qalan şəxs əslən Azərbaycanın Masallı rayonundan olan Ukrayna vətəndaşı, 1966-cı il təvəllüdlü Behbud Yaqubovdur.

Hadisə ötən gün axşam Müstəqillik Meydanının (Maydan) yaxınlığında baş verib.

“Berkut” xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən B. Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb.

Hazırda Kiyevdəki xəstəxanaların birində koma vəziyyətindədir, vəziyyəti orta ağır qiymətləndirilir.


Teqlər:





Xəbər lenti