Millət vəkili Bundestaqının üzvü ilə görüşüb

Millət vəkili Bundestaqının üzvü ilə görüşüb
  22 Fevral 2014    Oxunub:1081
Almaniyada səfərdə olan Azərbaycan Respublikasının Mili Məclisin üzvü Azay Quliyev bu gün Almaniya Bundestaqında CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü, Xarici Əlaqələr Komitəsinin üzvü, deputat Filip Misfelderlə görüşüb.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Almaniya Fedarativ Respublikasındakı fövqəladə və salahiyyətli səfiri cənab Pərviz Şahbazov iştirak edib.

Görüşdə Azay Quliyev Azərbaycan - Almaniya, Azərbaycan - Avropa Birliyi münasibətlərindən söz açaraq Azərbaycanın Avropaya inteqrasiyası yolunda Almaniyanın göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Bununla yanaşı, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub, Qarabağ münaqişəsinin həllində Almaniyanın daha aktiv iştirakına nail olunması barədə fikir mübadiləsi aparılıb.

Cənab Misfelder iki ölkənin parlamentlərinin əməkdaşlıq imkanlarından söhbət açıb, eləcə də ATƏT PA-sı çərçivəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə çalışacağını, həmçinin, bu il Bakıda keçiriləcək ATƏT PA-nın illik sessiyasında yaxından iştirakı edəcəyini bildirib.


Teqlər:





Xəbər lenti