PULmonoloqun qızıl monoloqu
Məsələn, bir ara PULmonoloq deyirdi ki, onun kamerada saxlanma şəraiti Hitlerin konuslagerlərini xatırladır. Nə az-nə çox, konuslager! Əgər belə olsaydı, biz həmin dövrdən bəhs edən filmlərdə olduğu kimi, sümükləri çıxmış, bədənində qançır izləri olan, gözləri çuxura düşmüş, verilən əzablardan sir-sifəti əyilmiş, gözlərindən dəhşət və qorxu tökülən bir insan(ov) görərdik. Amma məhkəməyə gələn İnsan(ov) əksinə, kifayət qədər gümrah, aqressiv və siyasi iddiaları olan bir adamdır. Gözlərindən də həmişəki kimi kin və küdurət tökülür. Konuslagerdən çıxan insan belə olmur.
İnsanov dəmir qəfəsdən çıxarılıb, elə öz hüquqlarının daha yaxşı qorunması üçün şüşə qəfəsə salınanda onu dəstəkləyən müxalifətçilər – o adamlar ki, vaxtilə PULmonoloqun adını çəkəndə belə, nifrətdən üz-gözlərini qırışdırırdılar,- hay-küy salmışdılar ki, bu addım İnsanovun guya səsini kəsmək üçün atılır. Amma hamı gördü ki, belə deyil: İnsanov yenə danışır, həm də əvvəlkindən daha çox, daha aqressiv və daha mənasız. Məsələn, deyir ki, guya onun kamerasına qaz buraxırlar. Türkün sözü olmasın, bu, nə qazdır belə? Əgər zəhərli qazdırsa, niyə İnsanova heç nə olmayıb? Olmaya, onun döşəyinin altında əleyhqazı var, qaz iyini hiss edən kimi çıxarıb taxır?
Yəqin bir az sonra PULmonoloqon hallüsinasiyaları daha da güclənəcək. Və deyəcək ki, məsələn, gecələr onun kamerasına vəhşi heyvanlar buraxırlar. Çarpayısınınm altından timsah çıxır. Yemək zamanı verilən şorbanın içində isə piranyalar üzür, kasaya saldığı qaşığını gəmirirlər. Sonra deyəcək ki, gecələr səhərə qədər kamerasında tor quran hörümçəklərlə savaşır, amma silahı əlindən alındığı üçün üstünlük hələ ki xal hesabı ilə xallı hörümçəklərin tərəfindədir.
Yəni anlaşılanı, eks-nazirin deyəsən, ağlı yerindən tərpənməyə başlayır. Və bunun üçün çox ciddi bir səbəb də var – məşhur ifadəylə desək, qızıl qızdırması.
Əgər bugünə qədər PULmonoloq evindən tapılan qızıl külçələrdən xəbəri olmadığını deyirdisə, indi taktikasını dəyişib. Və həmin qızılların məhkəməyə gətirilməsini istəyir. Hanı, bəs nazir və onu müdafiə edənlər deyirdilər ki, o kadrlar real deyil, montajdır-filan… İndi hansı məntiqlə onlarn məhkəməyə gətirilməsini istəyirlər? Montaj olunmuş kadrı məhkəməyə necə gətirmək olar?
Yəni bu tələb faktik olaraq onun etirafı sayıla bilər ki, həmin məşhur kadrlarda göstərilən qızıllar həqiqətən də Əli İnsanova məxsus olub. Və bunlar dünyanın ən qanlı qızıllarıdır – çünki can hayında olan insanların qanı və canı bahasına yığılıblar.
Tariyel
Teqlər: