“Azərişıq”dan smart kart ödənişlə bağlı iddialara cavab

 “Azərişıq”dan smart kart ödənişlə bağlı  iddialara cavab
  28 Fevral 2021    Oxunub:3303
İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir.
Azvision.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilib.

ASC istehlakçıları belə məlumatlara inanmamağa çağırır: “Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatlıqla ödənişlərini apara bilərlər”.

Azvision.az


Teqlər: Azərişıq  





Xəbər lenti