Avropa Azərbaycanlıları Konqresindən BƏYANAT
Müraciətdə həmçinin Xocalı soyqırımının beynəlxalq ekspetlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həlli yolunda və sülhün əldə edilməsində cəhd göstərmələri istənilib.
Daha sonra müraciətdə bildirilir ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir.
Müraciətin sonunda AAK münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Bəyanatın Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyinə və bu yolda yeni səylər göstəriləcəyinə ümid etdiyini vurğulayıb.