Milli Məclis Xocalı haqda bəyanat verəcək
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, fevralın 25-də keçirilməsi planlaşdırılan iclasın gündəliyinə 4 məsələ daxil edilib.
1.“Xəzər Dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirkənmədən mühafizəsi haqqında protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi;
2. “Azərbaycan Respublikası hökuməti və Almaniya Federatov Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə (2008-2012)” qanun layihəsi;
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər edilməsi;
4. “Dəniz limanları haqqında” qanun layihəsi.
Qeyd edək ki, Parlamentin plenar iclasında 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasına dair bəyanatın qəbul ediləcəyi də gözlənilir.
Anar RÜSTƏMOV