Nazirlik işəgötürənləri 300 min manat cərimələdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə,
xidmətin regional strukturları tərəfindən bu ilin yanvar ayı ərzində 237 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı 492 halda işçi hüquqlarının pozulması faktı aşkar edilib.
Həmin faktlar üzrə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyatı üzrə 159 işəgötürənlərə ümumilikdə 339 min manat məbləğində cərimə tətbiq edilib. Qeyd olunan məbləğin 60 min manatı artıq ödənilib. Bu rəqəmlər ötən ilin yanvar ayındakı göstəricilərlə müqayisədə müvafiq olaraq 23 və 14 dəfə çoxdur.
Məqsəd işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin gücləndirilməsidir.
Teqlər: