Ermənilərin sevmədiyi ombudsman haqda film çəkildi

Ermənilərin sevmədiyi ombudsman haqda film çəkildi
  24 Fevral 2014    Oxunub:986
Ombudsman Aureliya Qriqoriu haqqında film çəkilib.
Diaspor Jurnalistləri Birliyinin Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində silsilə tədbirlərini davam etdirir.

DJB-in Ukrayna üzrə nümayəndəliyinin rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin internet saytının baş redaktoru Qaraş Tağıyev Xocalı soyqırımı ilə bağlı film çəkib.

Azvision.az –ın məlumatına görə filmin əsas süjet xəttini Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentində Xocalı soyqırımı ilə bağlı ədalətli çağırışı, Xocalı həqiqətlərini səsləndirməsi və bunun nəticəsində Ermənistanda üzləşdiyi fəlakətlər, təhlükələr təşkil edir. Xanım Aureliya filimdə ermənilərin nəinki təcavüzkar və mənfur, hətta qonağa və hüquq müdafiçisinə kobud olduğunu və başına gələnləri göz yaşlarıyla danışır. Filmin əsas məqsədi erməni təcavüzkarlığının sərhədsizliyini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Yaxın günlərdə təqdimatı olacaq filmin mətni iki – rus və azərbaycan dillərində işlənilib.


Teqlər:  





Xəbər lenti