VİP-dən Eldəniz Quliyevə etiraz bəyanatı

VİP-dən Eldəniz Quliyevə etiraz bəyanatı
  24 Fevral 2014    Oxunub:1210
“VİP olaraq bir daha bəyan edirik ki, Eldəniz Quliyevin məhkəməyə verilməsinin yeganə səbəbi bu şəxsin partiyamızı, onun rəhbərliyini, üzvlərini davamlı şəkildə təhqir etməsidir və bunun arxasında hər hansı siyasi səbəb dayandığına dair iddialar absurddur”.

AzVision.az xəbər verir ki, bunu Vətəndaş İnkişaf Partiyası Eldəniz Quliyevin partiya tərəfindən məhkəməyə verilməsinin “EL” hərəkatına hücum kimi qiymətləndirilməsinə etiraz bəyanatında qeyd edib.

Bəyanatda vurğulanır ki, Eldəniz Quliyev partiya haqqında təhqiramiz fikirlər səsləndirib: “Bu şəxs VİP-in ünvanına yağdırdığı təhqirlərə görə cavab verməlidir və verəcək. VİP-in məhkəməyə müraciət etməsinə əks münasibətdə olanlar isə E.Quliyevin bu ilin fevral ayı ərzində mətbuata verdiyi açıqlamalara baxıb nəticə çıxara bilərlər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti