İlham Əliyev Küveyt əmirini təbrik edib

İlham Əliyev Küveyt əmirini təbrik edib
  24 Fevral 2014    Oxunub:1391
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Küveyt əlaqələrinin, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlət başçısı Küveyt Dövlətinin Vəliəhdi Şahzadə şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabahı da təbrik edib.
Təbrik məktubunda bildirilir: "Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcək.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirirəm".


Teqlər:  





Xəbər lenti