Millət vəkilindən ABŞ səfirinə sərt cavab
Sahib Alıyevə görə, Minsk qrupuna həmsədrlik edən dövlətin səfiri bunun ardınca Dağlıq Qarabağ münaqişəsinin savaş yoluyla həllinin mümkünsüzlüyünü vurğulamaqdansa, Xocalı vəhşiliyini törətmiş işğalçını, özünün də buna bənzər bir reallıqla üzləşməməsi üçün Azərbaycan torpaqlarını boşaltmağa çağırmalıdır: `Təəssüf ki, Amerika təmsilçiləri içərisində, yumşaq desək, belə anlaşılmaz mövqeni təkcə Morninqstar sərgiləmir. Bu ölkənin Minsk Qrupundakı təmsilmisi Ceyms Uorlik bu yaxınlarda tvitterdə Qarabağda öldürülən və Ermənistan vətəndaşı olan bir əsgər üçün göz yaşı tökərək başsağlığı verirdi. Əslində isə onun birbaşa vəzifə borcu idi ki, Ermənistan rəhbərliyindən hesab sorsun. Onlardan soruşsun ki, sizin əsgərinizin Azərbaycan torpağında nə işi var? Neçə ki, amerikalılar bizim üçün ən ağrılı bir məsələdə bu cür mövqe ortaya qoyacaqlar, inciməsinər, bu ölkədə onların ədalətli və həqiqətən də sülh tərəfdarı olduqlarına kimsə inanmayacaq. Eyni zamanda irəli sürdükləri bir çox ideyalara da şübhə ilə yanaşacaqlar. Necə ki, yanaşırlar`.
AzVision.az
Teqlər: