Xocalı ilə bağlı Pan Gi Muna məktub göndərilib
Bundan başqa, sənəd vasitəsilə baş katibin nəzərinə törədilmiş cinayətlərin ermənilər tərəfindən həyata keçirildiyi və hazıradək günahkar şəxslərin cəza almadıqları çatdırılıb.
Eyni zamanda, fevral ayının 25-də faciə ilə bağlı eyni məzmunda hazırlanmış press-reliz BMT-yə üzv olan dövlətlərin ünvanlarına göndərilib.
Bundan başqa, fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association" , "Amerika-Azərbaycan Qadınlar Assosiasiyası", "Türkiyə-Amerika Assosiasiyası" və "Federation of Turkish American Associations" təşkilatları ilə birlikdə iki etiraz aksiyası təşkil olunub.
Əvvəlcə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi nümayəndəliyi qarşısında toplaşıb, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantları ətrafdakı əcnəbilərə nümayiş etdirib, baş vermiş hadisələr barədə ətraflı məlumat verib, çıxışlar ediblər.
Daha sonra sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT qərargahın binasının qarşısında əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında davam etdiriblər. Burada tədbirə Nyu Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr qatılıblar.(Trend)