TQDK-dan bakalavrlara müraciət
İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.
Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar isə Bakı şəhərində TQDK-nın əsas binasına (Ak. H.Əıiyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi” ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özləri ilə gətirməlidirlər.
Sevinc İltifatqızı