Azərbaycanlı deputatlar AŞPA-ya gedir
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitə iclasında Albaniya tərəfindən qurum qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı durumu, Makedoniya, Monako və Bolqarıstanda aparılmış monitorinqin nəticələri barədə müzakirələr aparılacaq.
Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini bölüşəcəklər.
Bundan əlavə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov və deputat Fazil Mustafa AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 2-dən 4-dək Fransada səfərdə olacaqlar.
Paris şəhərində keçiriləcək toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik təsisatlar və tüfeyli həyat tərzi keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər müzakirə ediləcək.
Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 3-dən 6-dək Avstriyaya səfər edəcək.
Vyana şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan qaldırılması, onların hazırkı durumu və hüquqları barədə fikir mübadiləsi aparılacaq.
AzVision.az
Teqlər: