Fuad Muradov “nurçu” olduğunu təkzib etdi
“ANS-in “Xəbərçi” proqramında dünən yayımlanan “nurçu deputatların siyahısı” ilə bağlı sujetdə adımın çəkilməsinə görə telekanal rəhbərliyinə öz etirazmı bildirmişəm. Dünən Xocalı soyqırımının ildönümü ilə bağlı sıx iş qrafikim səbəbindən telekanalın müvafiq sorğusunu cavablandırmaq imkanım olmayıb. Amma bu heç bir halda mənim guya suala susmaqla cavab verməyim anlamına gələ bilməz”.
Deputat bildirib ki, onun “nurçu” adlandırılan kəsimlə heç bir əlaqələri yoxdur və bu barədə yazılanlar tamamilə cəfəngiyyatdır: "Telekanalın xəbəri yoxlamadan, münasibətimi öyrənmədən efirə verməsi təəsüf doğurur. Mən bir daha bu iddianı rədd edirəm".
Teqlər: