YAP-dan Tağı Əhmədovun işdən çıxarılmasına REAKSİYA
AzVision.az saytına açıqlamasında YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı prezidentin sərəncamının müzakirə olunmadığını qeyd edib.
“Prezidentin sərəncamı və fərmanı müzakirə olunmur. Sərəncama şərhsiz əməl edilir”.
Qeyd edək ki, bu gün uzun müddət Bakı Metropoliteninin rəisi işləmiş Tağı Əhmədov öz vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılaraq Zaur Hüseynov bu cəmiyyətin sədri təyin edilib.
Xatırladaq ki, T.Əhmədov YAP Yasamal rayon təşkilatının sədr müavinidir.
Sevinc İltifatqızı