Tağı Əhmədov işçiləri ilə sağollaşmadan gedib

Tağı Əhmədov işçiləri ilə sağollaşmadan gedib
  28 Fevral 2014    Oxunub:1179
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov bu gün kollektivə təqdim olunacaq.

Bu barədə AzVision.az-a QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin əməkdaşı bildirib ki, Zaur Hüseynov hələ təqdim olunmadığından işə çıxmayıb: “Çox güman ki, bu gün təqdim olunacaq”.

İşdən çıxarılan keçmiş metropoliten rəisi Tağı Əhmədova gəlincə isə, bildirilib ki, o uzun illərdir çalışdığı kollektivlə sağollaşmayıb.

“Tağı müəllimə, gəlincə isə o da hələ işçilərlə vidalaşmayıb”.

Qeyd edək ki, metropolitenin yeni rəisi 51 yaşlı Z.Hüseynov əvvəllər “Qaradağ-Sement” ASC-ni baş müsahibi olub. Oradan “Bakıelektrikşəbəkə” ASC-yə rəis müavini gəlib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti