Ordumuz müharibəyə hazırdır?
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, əsgərlərlə fərdi söhbətlərin aparılması, psixoloji testlərin, anonim sorğuların keçirilməsi və digər fəaliyyətləri yerinə yetirirlər: “Aparılan işlərin nəticəsi olaraq risk qrupuna aid olan problemli gənclər müəyyən edilir, onlarla fərdi iş təşkil olunur və ehtiyac duyulanlar nəzarətə götürülür, xüsusi diqqət və qayğı ilə əhatə olunurlar”,- deyə Nazirliyin mətbuat xidmətindən göndərilən cavabda bildirilib.
Nazirlikdən həmçinin bildiriblər ki, psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı şəkildə, mütəmadi və davamlı olaraq həyata keçirilir: “Bu sahədə fəaliyyətlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədini daşıyır”,- deyə Nazirliyin mətbaut xidmətindən sorğumuza cavab olaraq bildiriblər.