“COVID-19” pasportu olmayan 64 nəfər şənliyə buraxılmayıb

“COVID-19” pasportu olmayan 64 nəfər şənliyə buraxılmayıb
  18 Avqust 2021    Oxunub:1507
Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 64 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti