Fəhlənin intiharı ilə bağlı araşdırma davam edir

Fəhlənin intiharı ilə bağlı araşdırma davam edir
  19 Avqust 2021    Oxunub:1100
Cari il iyunun 23-də 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib:

"Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən ünvanda yerləşən binanın 9-cu mərtəbəsindəki mənzildə alçıpan vurulması işlərində fəhlə kimi işləyən İlham Həsənov çay içmək adı ilə binanın 12-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə ataraq intihar edib.

Mərhum İlham Həsənovun maddi, xidməti və s. cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, ləyaqəti alçaltma, hədə-qorxu gəlmə hallarına məruz qalması müəyyən olunmadığından araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Toplanmış material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə rayon prokuroru tərəfindən həmin qərar ləğv edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir".

Azvision.az



Teqlər: Fəhlə  





Xəbər lenti