DİN: Polisin vətəndaşı cərimələmək niyyəti yoxdur

   DİN:    Polisin vətəndaşı cərimələmək niyyəti yoxdur
  26 Avqust 2021    Oxunub:1372
“Pademiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir”.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyevin Azvision.az -a verdiyi məlumata görə, mülki geyimdə xidmətə cəlb olunan polis əməkdaşlarının fəaliyyətinin əsas məqsədi vətəndaşların sağlamlığının effekiv mühafizəsidir.

O bildirib ki, müşahidələr pandemiya şəraitində virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda bəzi vətəndaşların sağlamlıqlarına laqeyd və biganə yanaşaraq, polis gördükdə “qaydalara əməl edirəm” görüntüsü yaradaraq tez maskasını taxdıqlarını göstərir: “Halbuki belə şəxslər bu qaydalara laqeyd və biganə yanaşmaqla sağlamlığını qorumaq əvəzinə cərimədən, inzibati tənbeh tədbirlərindən yayınmağa çalışırlar. Və bu neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları mülki geyimdə də xidmətə cəlb olunub”.

N.Əliyev qeyd edib ki, bu tədbirlər, mülki geyimdə xidmətə cəlb olunan naryad qrupları virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda fəaliyyətlə məhdudlaşmır: “Eləcə də elektron vasitələrin imkanlarında da geniş istifadə olunmaqla, vətəndaşların qaydalara necə əməl etməsinin onlayn rejimdə videomüşahidələri aparılır. Bütün bunlar tək polisin işi yox, həmdə özünü və yaxınlarını virus riskindən qorumaqda məsuliyyətini anlayan vətəndaşların da gündəlik həyat tərzi olmalıdır. Bir sözlə, bu, ictimai qınaq formasında qəbul edilməli – bilənlər bilməyənləri, qaydalara əməl edənlər etməyənləri infeksiya şəraitində qorumaq üçün birgə səy göstərməli, müəyyən olunan normalara əməl olunmasına çağırmalıdır”.

O, polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyyəti olmadığını vurğulayıb: “Yalnız qaydalara əməl etməyən vətəndaşları qanun gücü, təsiretmə imkanları ilə çəkindirməyi əsas vəzifə kimi polis əməkdaşlarının qarşısına qoyulub. Nə qədər ölkəmizdə pandemiya şəraitində virus riski var, polis tərəfindən müvafiq tədbirlər daha da qətiyyətlə davam etdiriləcək”.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti