Qohumunu öldürən şəxsin işi məhkəməyə göndərilib

Qohumunu öldürən şəxsin işi məhkəməyə göndərilib
  26 Avqust 2021    Oxunub:2497
Xəbər verildiyi kimi, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Ağstafa Rayon Prokurorluğundan Azvision.az -a verilən məlumaat görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.

Tural Məmmədov Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsinə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti