Göyçaydakı qətllə bağlı rəsmi məlumat

Göyçaydakı qətllə bağlı rəsmi məlumat
  10 Sentyabr 2021    Oxunub:957
Prokurorluq Göyçay rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Rayon prokurorluğundan Azvision.az -a daxil olan məlumatda deyilir:

"Sentyabrın 10-u saat 06 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Azvision.az


Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti