Naxçıvanda əməkhaqqı 3 %-dən çox artıb

Naxçıvanda əməkhaqqı 3 %-dən çox artıb
  21 Oktyabr 2021    Oxunub:1118
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-də bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 544,2 manat təşkil edib.
AzVision.az bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur. Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-sentyabr aylarında 2 milyard 151 milyon 583,5 min manatlıq ümumi daxili məhsul istehsal olunub.

Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 % çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 % artaraq 4 min 656,1 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 855 milyon 755,4 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çoxdur.

AzVision.az


Teqlər: Naxcıvan  





Xəbər lenti