Bank sektorunun xarici öhdəlikləri artıb

Bank sektorunun xarici öhdəlikləri artıb
  22 Oktyabr 2021    Oxunub:978
Cari ilin 9 ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10,4 faiz artaraq 22 milyard 407,2 milyon manat təşkil edib.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri 84,2 milyon manat artaraq 1 milyard 117,6 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik qeyri-rezident banklarla həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatların həcmindəki artımla əlaqədardır.

AzVision.az


Teqlər: Bank  





Xəbər lenti