"Son on ildə iqtisadiyyata 57 milyard dollar investisiya cəlb edilib" - Nazir

   "Son on ildə iqtisadiyyata 57 milyard dollar investisiya cəlb edilib" -    Nazir
  27 Oktyabr 2021    Oxunub:1545
Son on ildə ölkə iqtisadiyyatına cəlb edilən xarici investisiyaların həcmi 57 milyard dollar olub. AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti biznesmenlər üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır:
"Ölkədə ÜDM -nin 85 faizindən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramına əsasən 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır. Biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxırıq".

Aytən Zəhra
AzVision.az



Teqlər: ÜDM   Vəsait  





Xəbər lenti