İşğaldan azad edilmiş rayonların iqtisadi potensialı dəyərləndirilib

  İşğaldan azad edilmiş rayonların iqtisadi potensialı dəyərləndirilib
  27 Oktyabr 2021    Oxunub:1255
Ağdam Sənaye Parkına investorlarının cəlb olunması istiqamətində aktiv işlər həyata keçirilir. Bu barədə sahibkarlardan bizə müraciətlər var.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, müraciətlərin ilkin investisiya dəyəri 100 milyon manatdan çoxdur:

"Bu layihələr dəyərləndirilir. Fikrimcə, yaxın zamanda həmin layihələrin icrası ilə bağlı işlərə başlanacaq".

N.Səfərov qeyd edib ki, konseptual olaraq işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa şəhəri mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı sahəsi üzrə yeni iqtisadi “driver”lər kimi qiymətləndirilə bilər:

"İşğaldan azad edilmiş ərazilərdə layiqli yaşayışın bərpası və bütün sahələrdə quruculuğa nail olunması məsələlərinin effektiv və koordinasiyalı həlli siyasət tədbirlərinin, o cümlədən kompleks proqramların hazırlanaraq icra olunmasını zəruri edir. Müasir çağırışların nüfuz etdiyi və 30 ilə yaxın müddətdə barbarcasına talan edilmiş tarixi torpaqlarımızın qaytarılması ilə səciyyələnən yeni inkişaf mərhələsində ölkədə həyata keçirilən məqsədyönlü islahatlar milli iqtisadiyyatın dayanıqlılığını yüksəldib və Azərbaycan regionda iqtisadi lokomotiv roluna qadir iri layihələrin təşəbbüskarına çevrilib".

AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti