800-dən çox investor Qarabağda biznes qurmaq istəyir

   800-dən çox investor Qarabağda biznes qurmaq istəyir
  27 Oktyabr 2021    Oxunub:1474
"İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən həm xarici, həm yerli investorlar KOBİA-ya müraciət edirlər. Bu günə qədər 800-dən çox müraciət daxil olub"
AzVision.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müraciətlər ticarət, xidmət, inşaat, sənaye,kənd təsərrüfatı, nəqliyyat,turizm sahələrini əhatə edir:

"Yerli və xarici investorların Qarabağa investisiya yatırmaqda marağı böyükdür. Ötən il in dekabr ayında Şuşada ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. Bu gün Şuşada kiçik və orta biznes subyektləri fəaliyyət göstərir, canlanma hiss edilir".

Aytən Zəhra
AzVision.az



Teqlər: KOBİA  





Xəbər lenti